Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”

Bu gün, 17:28           
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: -
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycanda pensiya yaşının çox olması, pensiya yaşına çatmamış insanların fondda yığılan kapitalı ala bilməmələri barədə narazılıqlara münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, vətəndaşların pensiya alması barədə konkret statistik göstəricilər mövcuddur.

“Eyni zamanda təqaüd yaşına yaxınlaşanların, ölüm və doğum halları ilə bağlı bütün yaş kateqoriyaları üzrə statistika var, çox dəqiq şəkildə göstərilir. Yaşı 60-dan yuxarı və ya 60-dan aşağı olan insanlar arasında nə qədər ölüm halları, yaxud hazırda 60 yaşda olan vətəndaşlarımızın sayının nə qədər olduğunu müqayisə etsək, görərik ki, vəfat edən vətəndaşların sayı bu yaşda olan vətəndaşlarımızdan çox azdır. Biz mətbuat vasitəsilə pensiya yaşına yaxınlaşan, yaşı 50-55-dən, yaxud 60-dan yuxarı olan vətəndaşlarımızda ruh yüksəkliyi yaratmalıyıq. Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər. Saytlarımız və digər təbliğat vasitələri addımlar atmalı, cəmiyyətdə motivasiya yaranmalıdır. Məlumdur ki, müəyyən insanlara yaşlaşandan sonra motivasiya verilməlidir. Elə vətəndaşlar var, konkret mənə də müraciət edirlər. Onların yaşları 65-66-dır, yenidən öz işlərində işləmək, fəaliyyətlərini davam etdirmək istəyirlər. Buna görə məsələyə birtərəfli yanaşmaq olmaz. Tam təhlik aparılmalıdır. Bu tərzdə məsələyə yanaşsaq, daha effektli olar”, - deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru