İsveç və Niderland Polşaya hərbi dəstək göndərəcək

Bu gün, 16:24           
İsveç və Niderland Polşaya hərbi dəstək göndərəcək
İsveç Polşaya təcili olaraq hava hücumundan müdafiə sistemləri və aviasiya göndərəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Niderland da çoxsəviyyəli müdafiə sistemləri - "Patriot" zenit-raket kompleksləri, NASAMS sistemləri, pilotsuz uçuş aparatları ilə mübarizə vasitələri, eləcə də 300 hərbçi ilə dəstək göstərəcək.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərb vilayətlərinə genişmiqyaslı hücumu zamanı onlarla dron Polşanın hava məkanını pozub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru