"Tramp bu günün Hitleridir" - ABŞ lideri restoranda şok yaşadı + VİDEO

Bu gün, 17:14           
"Tramp bu günün Hitleridir" -
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda axşam yeməyi üçün getdiyi restoranda etirazla üzləşib.

Etiraz, vətəndaş cəmiyyəti təşkilatı "CodePink"-in üzvləri tərəfindən Trampın İsraili dəstəkləməsinə qarşı təşkil olunub.


Vitse-prezident J.D. Vens və bir neçə kabinet üzvü ilə birlikdə restorana daxil olan Tramp, qadın nümayişçilərin səsləndirdiyi şüarlara qısa müddət baxıb və onlara əl yelləyərək cavab verib.

Etirazçılar “Fələstinə azadlıq, Vaşinqtona azadlıq” və “Tramp bu günün Hitleridir” kimi şüarlar səsləndirərək Qəzzada insanların çətin vəziyyətdə olduğunu diqqətə çatdırıblar.

Məlumata görə, nümayişçilər restorandan çıxarıldıqdan sonra da şüarlarını davam etdiriblər. Hadisə zamanı Trampın reaksiyası, onun etirazçıları sakitləşdirməyə çalışması və əl yelləməsi kameralar tərəfindən qeydə alınıb.

"AzPolitika.info"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru