"Ferrari"nin prezidenti vergi fırıldaqçılığı işi üzrə 183 milyon avro ödəməyə razılaşıb

Bu gün, 16:38           
"Ferrari"nin prezidenti vergi fırıldaqçılığı işi üzrə 183 milyon avro ödəməyə razılaşıb
"Ferrari" şirkətinin və "Stellantis" konserninin Direktorlar Şurasının sədri Con Elkann vergi fırıldağı ilə bağlı istintaqı nizamlamaq üçün ictimai işlər görməyə və böyük məbləğdə cərimə ödəməyə razılaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Con Elkann, həmçinin onun qardaşı Lapo Elkann və bacısı Cinevra Elkann ümumilikdə 183 milyon avro ödəyəcəklər.

Sövdələşmənin bir hissəsi olaraq, Con Elkann bir il ictimai iş görəcəyini də öhdəsinə götürüb.

Elkann ailəsinə qarşı cinayət təhqiqatı İtaliya vergi polisi tərəfindən 2024-cü ildə başlanıb. İttiham onların nənələri Marella Karaççiolo vəfat etdikdən sonra miras qalan məbləğdən vergi ödəməmələri ilə bağlı olub.

İtaliya hökuməti mirasın miqdarını 800 milyon avro həcmində qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru