Meksika zorakı məzmunlu videooyunlara vergi tətbiq edəcək
Bu gün, 17:08
Meksika hökuməti zorakı məzmunlu videooyunlara səkkiz faiz vergi tətbiq etməyi təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Məlumata görə, bu verginin 2026-cı ildə dövlət büdcəsinə təxminən 9.8 milyon dollar gəlir gətirəcəyi gözlənilir.
Meksikanın maliyyə naziri Edqar Amador bildirib ki, vergidən əldə olunan gəlirlər videooyun asılılığından əziyyət çəkən insanlara kömək üçün istifadə olunacaq.