Koronavirus gözə necə təsir edir? – Həkim detalları sadaladı

27-05-2020, 00:01           
Koronavirus gözə necə təsir edir? –
Rusiya Dövlət Dumasının Sağlamlığın qorunması komitəsinin mütəxəssisi, həkim-oftalmoloq Tatyana Şılova koronavirusun görmə qabiliyyətinə təsirlərini açıqlayıb.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Həkimin sözlərinə görə, gözlərin koronavirus üçün “giriş qapısı” olduğuna dair araşdırmalar mövcuddur:

“Bizə bəzi virusların davranışları məlumdur. Onlar sadəcə gözün səthini deyil, həmçinin qana daxil olaraq daxili strukturunu zədələyirlər. Ona görə də, virusun daxil olması nəticəsində gözün tor qişası, xoroid və görmə siniri zədələnə bilər. Bundan başqa, görmənin zəifləməsinə səbəb, həmçinin koronavirusa qarşı istifadə edilən preparatlar da ola bilər”.

T.Şilova nümunə kimi hidroksixlorini deyib: “O, göz qişasında dəyişikliklərə yol açıb, yəni görmə itiliyi, akkomodasiyanı (müxtəlif məsafələrdən görmə qabiliyyəti – red.) poza bilər, işıqdanqorxma əmələ gələ bilər, uzun müddət istifadədə isə retinopatiyaya səbəb ola bilər”/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru