İnsanın öləcəyini gözlərdən bilmək olur (ARAŞDIRMA)

13-08-2020, 00:02           
İnsanın öləcəyini gözlərdən bilmək olur (ARAŞDIRMA)
Araşdırmaçılar ürəkçatışmazlığı xəstələrinin göz bəbəyinin ölçülərinə baxaraq öləcəyini qabaqcadan öyrənə biliblər.

Teref.az xəbər verir ki, həkimlərin bu araşdırması “ESC Heart Failure” jurnalında dərc edilib.

Məlumata görə, alimlər iki il boyunca 870 nəfərlik qrupu müşahidə ediblər. Məlum olub ki, göz bəbəyi böyük pasiyentlərdən fərqli olaraq kiçik göz bəbəyi olan xəstələr iki dəfə daha çox ölüblər.

Bundan başqa, ağırlaşma səbəbindən onlar daha çox xəstəxanaya yerləşdiriliblər. Araşdırmaçıların fikrincə, göz bəbəyinin ölçüləri ürəkçatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün yeni qeyri-invaziv metod ola bilər. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru