Goranboyun yollarını 485 min manata təmir edəcək şirkət kimindir?

Bu gün, 07:34           
Goranboyun yollarını 485 min manata təmir edəcək şirkət kimindir?
Goranboy Şəhər İcra Hakimiyyəti Başçısının Goranboy şəhəri üzrə nümayəndəliyi şəhərdə yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Star Construction” MMC seçilib. Təmir işlərinə görə şirkətə 485 332,97 manat ödəniləcək.

"Star Təmir Construction” MMC 7 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əsgərov Zaur Maarif oğludur.

Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə, şirkət satınalma müsabiqələrində fəal iştirak edir və əsasən yerli icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru