Dəhşətli COVID-19 ARAŞDIRMASI: pozitiv nəticə alanların 90%-i...

2-09-2020, 12:25           
Dəhşətli COVID-19 ARAŞDIRMASI: pozitiv nəticə alanların 90%-i...
İyul ayında ABŞ-ın Massaçusets, Nyu York və Nevada ştatlarında yeni tip koronavirus testindən keçən insanların 90%-nin demək olar ki, infeksiya daşımadığı bəlli olub.

Publika.az-ın xəbərinə görə, mütəxəssislər bu çərçivədə istifadə edilən PZR testlərin çox həssas olduğunu, buna görə də testlərin yoluxuculuq riski yüksək şəxslərə fokuslanacaq formada istehsal olunmasını tövsiyə edib.

Bir insana virus keçirib-keçirmədiyinə dair “hə” və ya “yox” cavabı verən PZR testi xəstənin orqanizmində nə qədər virus olduğunu söyləmir. Testlər virusdan gələn genetik maddəni analiz edir. Müasir testlər tipik olaraq 37 və ya 40 dövrə keçir. Lakin mütəxəssislər bu dövrə sayının yüksək olduğunu bildirərək risk təşkil etməyən kiçik virus miqdarlarını belə təsbit etdiyini bildirir.

“Nyu York Tayms”a açıqlama verən həkimlər testlərdə daha az dövrənin olmasını, bununla yüksək yoluxma riski təşkil edən insanların asanlıqla müəyyən edilə biləcəyini söyləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.