Bakıda usta işlədiyi evdə bir ailənin 4 üzvünü öldürüb yandırdı — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI-VİDEO

3-09-2020, 16:44           
Bakıda usta işlədiyi evdə bir ailənin 4 üzvünü öldürüb yandırdı —
Nərimanov rayonunda üçü qadın, biri uşaq olmaqla 4 nəfəri xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1985-ci təvəllüdlü Niyaməddin Nuriyevin cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, mənzil 26 ünvanında yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Onlar hündürmərtəbəli binada baş vermiş yanğının qarşısını aldıqdan sonra mənzildə üçü qadın, biri uşaq olmaqla 4 nəfərin yanmış meyitini aşkar ediblər. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verilib. Əraziyə prokurorluq orqanları əməkdaşları və tibbi ekspertlər cəlb olunub. Meyitlərin üzərində aşkarlanan xəsarət izlərindən hadisənin qəsdən törədildiyi, ailə üzvlərinin küt alətlə öldürüldüyü müəyyən edilib.

Bununla da əməliyyat tədbirləri başlayıb. Mənzildə xüsusi amansızlıqla öldürülərək yandırılan şəxslərin Ofeliya Abbasova, onun qızları – Sevinc və Xanım Abbasovalar, Xanımın 7 yaşlı oğlu Fərid Mehdizdənin olduğu aşkarlanıb. Ekspertiza hər 4 meytin üzərində çoxsaylı bıçaq və yanıq xəsarətləri aşkar edib. Hadisədən bir neçə gün sonra hüquq-mühafizə orqanları cinayəti törədən 1985-ci il təvəllüdlü Yardımlı rayon sakini Niyaməddin Nuriyevin yerini aşkar edərək onu saxlayıblar. O, tutularkən mənzildən oğurladığı 40 min manat pulu və 39 min manatlıq qızıl-zinət əşyalarını, eləcə də, cinayəti törədərkən üzərində qan ləkələri olan şalvarı polisə təqdim edib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Saxlanılan Niyaməddin Nuriyev məhkəmədə ifadəsində bildirib ki, işləmək üçün rayondan Bakıya gəlib. Burada fəhləliklə məşğul olan N.Nuriyev Abbasovların qonşuluğunda mənzil təmir edib. 10-cu mərtəbədə yaşayan Sevinc Abbasova Niyaməddinə onların da mənzilində xırda təmirə ehtiyac olduğunu bildirib: “Sevinc mənə dedi ki, evin pəncərəsini suvamaq lazımdır. Razılaşdım, 120 manat pul istədim. Beləliklə, təmir başa çatandan sonra pulumu tələb etdim. Sevinc dedi ki, indi üstümdə pul yoxdur, get, sabah gələrsən. Mən növbəti gün də pula görə onlara getməli oldum. Sevinc məni evlərinə dəvət etdi. Anası Ofelya, bacısı Xanım və bacısının azyaşlı oğlu Fərid də evdə idi. Beləliklə, onlarda yemək yedim və Sevinclə bərabər içki qəbul etdim. Artıq bu dəfə Sevincin anası Ofelya dedi ki, sənin pulunu evimizin təmiri başa çatdıqdan sonra verəcəyəm. Onun bu fikri ilə razılaşmadıqda qadın mənimlə kobud danışdı. Dedi ki, “çıx get də, niyə baş-beynimi xarab edirsən?” Mən də dedim ki, gecə saat 3-dür, hara gedim bu vaxt? Aramızda mübahisə yarandı. Buna baxmayaraq, onlarda gecələməyim üçün mənə mətbəxdə yer saldılar. Amma əsəbdən gözümə yuxu getmədi. Öz-özümə düşündüm ki, gör nə günə qalmışam ki, qadın da mənə “atır”. Artıq ikinci dəfə idi, məni aldadıb “yola verirdilər”, bunu özümə sığışdıra bilmədim”.

N.Nuriyev ailə üzvlərindən qisas almaq üçün onları öldürüb pulları ələ keçirməyi planlaşdırıb. O, qonaq qaldığı ailə üzvlərinin yuxuya getməsini gözləyib və bundan istifadə edərək dərhal hərəkətə keçib. Yuxarı mərtəbədə yaşayan qonşunun qapısının ağzından dəmir parçasını götürüb evə qayıdıb, sonra da evdəkilərin yatdığı yerdə sıra ilə başlarına zərbələr endirib: “Başıma papaq keçirtdim ki, məni tanımasınlar. Dəmiri götürüb bir-bir onlara xəsarət yetirdikdə yuxudan oyandılar. Ofelya dəhşət içərisində qışqırırdı. Sevinc üzərimə hücum etməyə çalışırdı ki, mane olsun. Onu da vurdum, başı yarıldı. Xanım isə qorxusundan yorğanın altında gizləndi. Onu da dəmir parçası ilə vurdum. Gördüm Sevinc yenə də qışqırır. Növbəti dəfə vurdum ki, səsi kəsilsin, birdən hay-küyə qonşular gələr. Yorğanı qaldırıb ona baxdım ki, görüm diridir, ya yox. Öldüklərinə əmin olandan sonra bir az oturdum və özümə gəldim”.

Evdən 40 min ABŞ dollarını və 39 min manatlıq qızıl-zinət əşyasını ələ keçirib. Evdən çıxmaq istəyəndə Xanımın oğlu Fəridin yuxudan oyanaraq qışqırıb ağladığını eşidib. O, geri qayıtmalı olub: “Gördüm, heç qadınlar da ölməyib, yalnız ağır xəsarət alıblar. Cünki ağrıdan zarıyırdılar. Artıq bu dəfə mətbəxdən bıçağı götürərək növbəti dəfə qadınlara xəsarət yetirdim. Fəridin də baş nahiyəsinə coxsaylı zərbələr vurdum, o da öldü”.

Hadisə barədə daha ətraflı videonu təqdim edirik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.