Azərbaycanda vərəm xəstələrinin sayı, yoluxmada “lider” olan yaş qrupu - STATİSTİKA 4-09-2020, 10:28 Azərbaycanda 2019-cu il üzrə əhalinin vərəmlə xəstələnməsi dinamikası müəyyən edilib.Rəsmi statistik cədvəllərinə əsasən, ötən il 3613 nəfərə vərəm diaqnozu qoyulub.Azərbaycanda bu xəstəlik üzrə ağciyər vərəmi üstünlük təşkil edir. 2019-cu ildə 2783 nəfər ağciyər vərəminə tutulub.Vərəmli plevrit üzrə isə 447 xəstə müəyyən olunub, 142 şəxs sümük və oynaqların vərəmi xəstəliyinə tutulub.47 nəfərə döş qəfəsidaxili limfa düyünlərinin, 25 nəfər isə sidik-cinsiyyət yollarının vərəmi diaqnozu qoyulub.Azərbaycanda vərəmə yoluxanlar arasında kişilər çoxluq təşkil edir. 2019-cu ildə 2415 kişi və 1198 qadın vərəmə yoluxub.Azərbaycanda daha çox 18-29 yaşlı şəxslər aktiv vərəmlə xəstələnir (1178 nəfər).45-64 yaşlı şəxslərin vərəmlə xəstələnməsi halı da çoxdur. Ötən il bu yaş qrupu üzrə 951 nəfər vərəm olub.30-44 yaş qrupu üzrə isə 879 nəfər vərəmə tutulub.Ümumilikdə 2019-cu ildə müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı 8257 nəfər olub.milletinsesi Facebook-da paylaş