Paşinyanın arvadının Qarabağdakı yeri bilindi
28-10-2020, 09:53
Son günlər Ermənistan mediasını məşğul edən olaylardan biri də baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ilkin hərbi hazırlıq keçdiyi və Dağlıq Qarabağa döyüşməyə getmək üçün hazırlığa başlaması oldu. Lakin daxili auditoriya üçün hazırlanmış bu vətənpərvərlik şousu istənilən effekti vermədi. Çünki qüdrətli və yüksək texniki hazırlığa malik Azərbaycan ordusu qarşısında bu gün Anna Akopyan və onun başına toplaşmış 13 erməni gözəlçəsi yox, bütöv Ermənistan ordusu çox zavallı görünür. Bu gözəlçələr Qarabağda döyüşmək iqtidarında deyillər. Ən yaxşı halda bu gözəlçələr yol qırağında poza verməyə qadirdirlər. Əslinə baxsan bu elə ermənilər üçün də yenilik sayılmaz. Çünki ermənilər öz maraqları və karyeraları üçün hər zaman öz qadınlarının bədənlərindən yararlanıblar. Bunu az-çox erməni tarixini bilən və yaxud erməniləri tanıyan hər kəs yaxşı bilir.
Ona görə də nəinki Qarabağdakı erməniləri, eləcə də Ermənistanı bataqlığa çəkən Paşinyanın xalqın qəzəbindan qorxub arvadının arxasında gizlənməsi heç də təəccüblü görünmür. Xatırlayırsınızsa, bir müddət əvvəl Paşinyan öz oğlunu da guya Qarabağa döyüşməyə yola salmışdı. Amma sonradan Nikolun gədəsindən bir xəbər çıxmadı.Yəqin ki, Paşinyanın oğlu Qarabağda olsaydı, onun şəkilləri çoxdan erməni mediasının manşetini bəzəyərdi. Deməli, Nikolun gədəsi döyüşçü yox ,”dizertir”dir. Oğlunu unutdurmaq və günahsız insanları ölümə göndərmək üçün Paşinyanın son ümidi Annaya qalıb. Görək Annanın axırı nə olacaq? Amma mən bir öncəgörənlik edib deyə bilərəm ki, Anna və 13 erməni gözəlçə Qarabağa gəlsə, əminəm ki, ən qısa zamanda onlar şanlı Azərbaycan əsgərinin altında, pardon ayaqları altında qalacaq. Və nəhayətdə bu gözəlçələr əsl döyüşçünün necə olduğunu görmüş olacaqlar. Yaşayıb, inşallah bunu da görəcəyik.
Amma bir fakt faktlığında qalır ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında zəfər yürüşünü davam etdirir. Hər gün əldə olunan uğurlarla Azərbaycan xalqını qürurlandırır. Eləcə də Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bütün dünya heyranlıqla izləyir. Ordumuz yeni reallıqlar yaradır. Dünya isə bu reallıqla barışmaq məcburiyyətində qalır. Belə ki, İkinci Qarabağ müharibəsi tarixə yəqin ki, ilk “dron” savaşı kimi düşəcək. Azərbaycanın milli brendi “Zərbə” PUA-ları qarşısında düşmən ordusu pərən-pərən düşüb. Gözlənilməyən anda, gözlənilməyən yerdə yaxalanan erməni işğalçıları zingildəyə-zingildəyə torpaqlarımızdan qaçırlar. Ermənistanın hərbi-siyasi hakimiyyəti isə fərariliyin qarşısını almaq və bunun ictimailəşməsinin qarşısını almaq üçün min bir oyundan çıxır.
Erməni mətbuatının yazdığına görə, döyüş bölgəsindən qaçan əsgərləri saxlamaq üçün Şüşa-Laçın-Gorus avtomobil yolu üzərində bir-neçə post qurulub. Bu məqsədlə Ermənistandan 600 polis Qarabağa “ezamiyyə” olunub. Yeri gəlmişkən, Ermənistan parlamenti bu günlərdə keçirilən növbədənkənar iclasında Cinayət Məcəlləsinə müharibə dövründə bəzi hərəkətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib. Erməni KİV-lərinin verdiyi xəbərdə deyilir ki, ilk növbədə hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə cəzalar sərtləşdirilib. Belə ki, hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə ermənilər 6 ildən 12 ilədək həbs ediləcəklər. Daha əvvəl sözügedən əməllərə görə həbs cəzası 4 ildən 8 ilədək nəzərdə tutulurdu.
Amma polis dəyənəyi ilə də Ermənistan hakimiyyəti fərariliyin qarşısını almaq iqtidarında deyil. Çünki döyüşçülər hərbi sursat və qida sarıdan ciddi korluq çəkirlər. Havaların soyuması isə əlavə problemlər yaradıb. Üstəlik Azərbaycan PUA-larının və artileriyasının yaratdığı vahimə erməni əsgərləri arasında ciddi panikaya səbəb olub. Beləcə, bütün parametrlərlə müzəffər Azərbaycan Ordusuna uduzan ermənilər canlarının hayındadırlar. Qüdrətli Azərbaycan Ordusu milli və xarici dronlar hesabına qazandığı zəfərləri ilə xalqımızı sevindirməkdə, dünyanı heyrətləndirməkdə və düşmənləri məhv etməkdə davam edir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Azərbaycanın işğal olunan Dağlıq Qarabağ bölgəsində erməni ordusuna qarşı misilsiz hücumundan danışarkən qeyd edib ki, “XXI əsrdə nadir hallarda belə miqyaslı döyüş əməliyyatları tapmaq olar”
“Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət yox, həm də texniki üstünlüyü var”. Bunu isə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan İctimai TV-nin efirində deyib .Onun sözlərinə görə, bəzi sahələrdə Azərbaycanın gücü Ermənistanın gücünü 12 dəfə üstələyib. “On iki dəfə çox, bunun nə olduğunu başa düşürsünüz? Bu, demək olar ki, müharibə tarixində heç vaxt olmayıb və ya çox nadir hallarda olub”, – deyə Ovannisyan həyəcanla bildirib. O vurğulayıb ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikalar tətbiq edilir. Ən yeni Türkiyə və İsrail texnologiyalarından istifadə olunur. “Bu, yeni PUA-lar, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəsil müharibəsini görürük. Bütün mexanizmlər hər iki tərəfdən uyğun deyil, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət ayrılıb”, – deyə Ovannisyan etiraf edib.
Bəli, müzəffər Azərbaycan Ordusu təkcə Ermənistana deyil, bütün dünyaya göstərdi ki, artıq savaşların forması və psixoloji atmosferi dəyişib. Son vaxtlaradək savaşın taleyini zirehli birliklər və tanklar müəyyən etdiyi halda, bu gün artıq dronlar müəyyən edir. Qarabağdakı son savaşdan sonra dünyada 18 trilyon dollarlıq hərbi təchizatın artıq zibil yığını halına gəldiyini iddia edənlər də var. Amma nə yazıq ki, zavallı erməni millətçiləri bu həqiqəti dərk etmək iqtidarında deyillər. Məhz bu korafəhmllikləri üzündən dünyanın heyran qaldığı Azərbaycan Ordusunun qarşısına Paşinyankimilər zövcələrini göndərirlər. Bu zövcələrin Qarabağdakı yeri isə bəllidir.konkret.az