İş adamı “McDonald's“la bağlı dəhşətli faktlar AÇIQLADI

29-10-2020, 19:20           
İş adamı “McDonald's“la bağlı dəhşətli faktlar AÇIQLADI
İş adamı “McDonald's“la bağlı dəhşətli faktlar
“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast food şəbəkələrində yemək yeyirdik, səbəbi Rusiya və Ukraynadan gətirilən ətlərin halal olmadığını bilməyimizdir”.

Yenisabah.az xəbər verir ki, bunu "Novco Group of Companies"in təsisçisi, biznesmen Fərid Novruzi deyib:

“Bunu hardan bilirəm? Çünki “Burger King”in Azərbaycan üzrə seçilmiş ilk tərəfdaşı olduq, yalnız sonda şərtlər və ətin halal olması məsələsində anlaşa bilmədik. Bizi məcbur edirdilər ki, Rusiya bazarı üzərindən işləyək, mən də xalqıma haram əti sata bilməzdim. Yaranmış vəziyyətə gəldikdə isə əgər franşıza üzərindən hərəkət etmisənsə, artıq sona kimi get. Biz də “Mybrands” səhifəsində “Lacoste” paylaşımında onlarla razılaşmadan bayrağımızı simvolizə edən rəngləri istifadə etdik, indi bizə desələr ki, onu yığışdır, dükanı bağlamaq mənə asan gələr, nəinki üç rəngli bayrağımın rənglərini silmək... Şirkətlərin bu vəziyyətdən çıxış yolu yalnız bütün tədarüklərini Azərbaycandan almaq və xeyiri yerli fermerlərə verməkdir. Heç bir şey xaricdən gətirilməsin. Amma yenə də geri addım ləzzət eləmədi”,-deyə iş adamı əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.