Ruhi Çenet azad olunmuş Talışda: 100 metrliyinə mərmi düşdü

30-10-2020, 03:17           
Ruhi Çenet azad olunmuş Talışda:
Məşhur türkiyəli “yutuber” Ruhi Çenet Qarabağ münaqişəsinə həsr olunmuş daha bir video hazırlayıb.

Publika.az xəbər verir ki, beş milyona yaxın izləyicisi olan “YouTube” hesabında paylaşılan videoda bu dəfə cəbhə xəttində çəkilmiş görüntülər təqdim olunub.

Türkiyəli “yutuber” işğal azad edilmiş Talış kəndində olub. Buradakı mövqelərdə çəkiliş aparıb. Hətta çəkiliş zamanı təxminən 100 metr məsafədəki təpəyə düşmən tərəfindən artilleriya zərbəsi endirilib.

Diqqətçəkən daha bir məqam isə ermənilər tərəfindən istifadə olunan hərbi təyinatlı binalardan birində döyüş mövqelərinə aparan tuneller olub.

Videonun son hissəsində Ruhi Çenet erməni təcavüzünün qurbanı olmuş azyaşlı barədə məlumat verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru