“Çox”larını narahat edən “F-16” - Hansı ölkələrdə var və üstünlükləri
30-10-2020, 06:31
Amerika Birləşmiş Ştatlarına məxsus “General Dynamics” şirkəti tərəfindən dizayn və istehsal edilmiş F-16-ları “Döyüşən Şahin” də adlandırırlar.
ABŞ və müttəfiq ölkələrin silahlanmasında olan, çoxməqsədli, dördüncü nəsil hərbi təyyarə hesab olunan F-16-lar 2-ci dünya müharibəsindən sonra Sovet istehsalı MiQ-21 və ABŞ istehsalı F-4 qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur.
Teref.az techland.az-a istinadən xəbər verir ki, 1976 -cı ildən bəri 4500-dən çox qırıcı istehsal olunmuşdur. Bu qırıcılar B-61 nüvə bombası da daşıya bilir.
Hazırda ABŞ başda olmaqla dünyanın 19 ölkəsinin hərbi hava qüvvələrinin əsasını təşkil edir.
80-ci illərin əvvəllərindən başlayaraq təyyarələrin gövdəsi radarlara yaxalanma riskini azaldan xüsusi texnologiya əsasında istehsal edilir. F-16 pilotun yerdən 15 min metr yüksəklikdə, 1100 kilometr saat sürətlə uçarkən katapult etməsinə imkan verən oturacaq ilə təchiz edilib. Yüksək manevr qabiliyyətinə malik olan F-16 təyyarələri təyinatından asılı olaraq müxtəlif tipli silah sistemləri, M61-A-1 markalı, dəqiqədə 511 mərmi ata bilən dördlüləli avtomatik top, yaxın hava döyüşü üçün 6 idarəedilən “hava-hava” raketi, habelə yerüstü hədəflərə zərbə endirmək üçün “hava-yer” raketləri, idarəedilən lazer bombaları, hədəfə elektron sistemlə yönləndirilən idarəedilən raketlərlə təchiz edilib. Beləliklə, təyyarə hava döyüşü ilə yanaşı, yerüstü hədəflərə qarşı da effektiv şəkildə tətbiq edilir. Xüsusən minlərlə kilometr yüksəklikdən və uzaq məsafədən yerüstü hədəflərə dəqiq zərbələr endirir.
F-16 təyyarələrinin bir neçə versiyası var və istehsalçı şirkət onu müntəzəm olaraq modernləşdirir. Təyyarələri Lokhid Martin şirkətinin lisenziyası əsasında Türkiyənin TAİ, Belçikanın SABCA və Niderlandın “Fokker” firmaları da istehsal edir. Türkiyə HHQ-nin sərəncamlarında “döyüşən şahin”lərin 200-ə qədər bir neçə tipi var. Habelə Azərbaycana dost ölkələrdən Pakistanın da HHQ-də F-16 təyyarələri yer alır.
ABŞ-dan sonra ən çox F 16 hərbi təyyarələrindən istifadə edən ölkələr İsrail və Türkiyədir. 270-dən artıq F16 hərbi təyyarəsi Türkiyə Respublikasında istismardadır.
F – 16 istifadəçi ölkələr:
ABŞ
Bəhreyn
Belçika
Bolqarıstan
BƏƏ
Cənubi Koreya
Çin Respublikası
Çili
Danimarka
Misir
Yunanıstan
İordaniya
İndoneziya
İsrail
İtaliya
Mərakeş
Niderland
Norveç
Oman
Pakistan
Polşa
Portuqaliya
Sinqapur
Tailand
Türkiyə
Venesuela