Astronomlar Yer kürəsi boyda yeni planet aşkarladılar

30-10-2020, 08:08           
Astronomlar Yer kürəsi boyda yeni planet aşkarladılar
Astronomlar ulduzlararası sferada Yer kürəsi və Mars planetinin ölçüləri boyda yeni planet aşkar ediblər.

“Report” xəbər verir ki, alimlər öz tapıntılarını “Astrophysical Journal Letters” elmi jurnalında dərc olunmuş məqalədə təsvir ediblər.

Alimlər bir neçə il əvvəl ulduzlararası sahədə azad hərəkət edən və hər hansı ulduza bağlanmayan xeyli sayda atılmış planetlərin mövcudluğuna dair sübutları təqdim ediblər.

Ancaq Oxatan bürcündə aşkarlanmış OGLE-2016-BLG-1928 planeti daha əvvəl kəşf edilənlərdən ən kiçiyidir. Belə göy cisimlərini ənənəvi metodların köməyi ilə görmək mümkün deyil, çünki onlar öz günəşlərinin ətrafında fırlanmırlar və buna görə kölgə üzrə aşkar edilmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru