Tanıyaq vəTanıdaq : "Rembo" ləqəbli igidimiz

3-12-2020, 21:37           
Tanıyaq vəTanıdaq : "Rembo"   ləqəbli igidimiz
Haqqında söz açacağımız igidimizlə qürur duyuruq Qəhrəmanlar ölmürlər onlar doğulurlar. Fred-Aseflər,Mübarizlər və s. i. kimi qəhrəmanlar .Onlar xalqımızın yaddaşına əbədi həkk olunublar. "Tanıyaq və tanıdaq" layihəmiz çərçivəsində haqqında söz açacağımız qəhrəman Sözün əsl mənasında qəhrəmandır. Şıxamir Oruc oğlu Qaflanov Vətən müharibəsi başlayan andan tərəddüd belə etmədən döyüş bölgəsinə yollanıb. Füzuli ,Zəngilan,Hadrut və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub dəflərlə silahdaşlarını mühasirədən xilas edib. Onun döyüşlərdə g.östərdiyi şücaətlərinə görə hərbiçi yoldaşları onu "Rembo " adlandırmışdılar. Onun 23 günlük şərəfli döyüş yolu isə Oktyabrın- 19 -da Şəhidlik zirvəsinə ucalması ilə nəticələnmişdir. Əfsanəvi qəhrəmanımızın keçdiyi həyat adlı məktəbinə yaxından nəzər salaq. Şıxamir Zaqatala rayonunun 3 cü Alatava kəndində anadan olub 2005 ci il Zaqatala RHH -sı tərəfindən həqiqi hərbi xidmətə çagrılmışdır. Daxili qoşunların N saylı h/h də müddətli həqiqi hərbi xidmətdə olmuşdur.07.07.2005 ci ildə ehtiyyata buraxılmışdır. 13.03.2007 ci ilədək Kiçik Çavuş hərbi rütbəsi almış və 2008 ci ildə DİNin DQ nın XTD də orta ixtisas hərbi məktəbində kursant olmuşdur.21.06.2010 cu ildə Leytenant hərbi rütbəsi verilirərək. N saylı h/hissədə tagım komandiri təyin olunmuşdur.
Şıxamir Qaflanov dünyanın ən ağır kurslarında təlimlər keçmişdir.
21.06.2013 cü ildə baş leytenant rütbəsi almış və 2016 cı ildə Türkiyənin İzmir şəhərində yerləşən
Jandarma qüvvələrinin FOCA Kamando,Komando ixtisas ,sularda axtarış ,xilas etmə soyuq hava şəraitində həyatda qala bilmə ,döyüş aparma və dağ xizəyi kurslarını bitirmişdir.
Yenidən 06.06.2019 cu ildə mayor hərbi rütbəsi alan igidimiz Daxili Qoşunların N saylı hərbi hissəsinin komandirinin müavini- qərərgah rəisi vəzifəsinə təyin olunmuş və 29.02.2020 tarixindən Qubada yerləşən Daxili qoşunların N saylı h/ h də xüsusi təyinatlı dəstə komandiri vəzifəsində çalışmışdır.Heç bir ictimai siyasi partiyanın və dini təşkilatın üzvü olmamışdır.Füzuli istiqamətində gedən döyüşlərdə sonuncu ən müqəddəs vəzifə olan Şəhidlik Zirvəsinə ucalmışdır.Yeni Zirvən mübarək Şəhidim!
/resmixeber.az/





















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.