Şadlıq saraylarında toy edən kimlərdi? - DİN HƏRƏKƏTƏ KEÇDİ

4-12-2020, 08:25           
Şadlıq saraylarında toy edən kimlərdi? - DİN HƏRƏKƏTƏ KEÇDİ
Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.

Publika.az xəbər verir ki, son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.

Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru