Hərbi generala niyə siravi polisdən daha az sığorta ödənişi verilir? - VİDEOŞƏRH

4-12-2020, 10:24           
Hərbi generala niyə siravi polisdən daha az sığorta ödənişi verilir? - VİDEOŞƏRH
Azərbaycanda şəhid ailələrinə 11 min manat birdəfəlik ödənişin veriləcəyi açıqlanandan sonra bu məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Vətəndaşlar məbləğin aşağı olduğunu bildirirlər.

11 min manatlıq sığorta ödənişi 1997-ci ildə qəbul edilən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla müəyyən edilib.

Maraqlıdır ki, 1999-cu ildə qüvvəyə minən qanunla məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasında ödəniş fərqli şəkildə hesablanır.

Belə ki, qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Başqa sözlə, siravi polis işçisi ayda 1000 manat əmək haqqı alarsa, onun sığorta ödənişi son 5 illik əmək haqqı məbləğində, yəni 60 min manat hesablanır. Bu o deməkdir ki, hərbi generalın ölümü zamanı dövlət 11 000 manat, siravi polis işçisinə görə 60 min manat kompensasiya verir. Bəs yaranan bu uyğunsuzluq nə ilə bağlıdır?

Sığorta eksperti İlkin İbrahimov “MediaPost”a açıqlamasında məsələni şərh edib və bununla bağlı qanunvercilikdə dəyişikliklərin edilməsinin zəruri olduğunu bildirib:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru