Paytaxt küçələri Yeni il münasibətilə bəzədiləcəkmi? - RƏSMİ AÇIQLAMA

4-12-2020, 17:30           
Paytaxt küçələri Yeni il münasibətilə bəzədiləcəkmi? - RƏSMİ AÇIQLAMA
Vətən Müharibəsində Azərbaycanın 2783 şəhid verməsi və yaralıların olması ilə əlaqədar paytaxt küçələrinin Yeni il üçün bəzədilib-bəzədilməməsi müzakirə predmetinə çevrilib. Bundan əlavə, mart ayında paytaxtın Nizami küçəsində Novruz bayramı üçün quraşdırılmış yarmarka və dekorların hələ də qalması da şəhərin Yeni il üçün bəzədilməsini sual altında qoyub.

“MediaPost” məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxlayıb. BŞİH-in İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri İsrafil Kərimov “MediaPost”a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Yəqin ki, paytaxtın küçələri Yeni il bayramı ab-havasında bəzədiləcək. Yeni ilin qeyd edilib-edilməməsi barədə bir söz deyə bilmərəm. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru