Sərt karantin qayıtsın? - Tanınmış həkim tərəfdar deyil, əvəzində isə...

4-12-2020, 17:43           
Sərt karantin qayıtsın? -
Azərbaycanda yenidən sərt karantin tətbiq edilə bilər. Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib ki, elə məqam gəlib çatıb ki, sərt addımlar atılmalıdır.

Onun sözlərinə görə belə olmasa çətin vəziyyət yaranacaq: “Heç olmasa 2 həftəlik bir mərhələ olmalıdır. Dünyanın bütün ölkələrində sərtləşdirmə baş verir”.

Qeyd edək ki, Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. Qələbə paradının dekabrın 10-da keçiriləcəyi gözlənilir. Ehtimal olunur ki, hərbi paraddan sonra ölkədə sərtləşmənin tətbiq olunması üçün qərar veriləcək.

Tanınmış nervotoloq-həkimm Qalib Əsədov Cebhe.info-ya deyib ki, bu gün koronavirusla mübarizədə bir sıra ölkələrin təcrübəsi var. Karantin sərt tətbq edilməyən ölkələrdə vəziyyət daha yaxşıdır:

“İnsanlarda kollektiv immunitet yaranıb. Bu gün onlarda yoluxanların və ölənlərin sayı daha azdır. Nəinki karantin sərt tətbiq edilən ölkələrdə... Məsələn, İsveçrədə bir gün də olsa, karantin tətbiq olunmayıb. Koreyanı götürək, 51 milyon əhalisi olan ölkədə cəmi 35 min insan koronavrusa yoluxub. Yaxud Belarus modeli. Bu ölkədə də vəziyyət Azərbaycandan qat-qat yaxşıdır. Təcrübə göstərir ki, karantin sərt olan ölkələrdə insanlarda immunitet yaranmadığı, iqtisadi vəziyyət tənıəzzülə uğradığı üçün burada koronavirus daha ağır və sərt keçir. Heç uzağa getməyək və Naxçıvanı götürək. Orada ciddi işlər aparıldı və bu gün onların vəziyyəti daha yaxşıdır. Naxçıvandan ibrət götürüb Azərbaycanda bunu tətbiq edə bilərik. Çünki orada müvafiq qurumlar öz vəzifəsinin öhdəsindən vicdanla gəldi. İnsanların üzərinə hər şeyi yıxmaq öz səriştəsizliyini və məsuliyyətsizliyini ört-basdır etməkdir”.

Həkim əlavə edib ki, məhz səhiyyəmizin gördüyü işlər nəticəsində 2020-ci il ağır keçdi:

“Yeganə uğurumuz Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Qarabağ zəfərimizdir. Heç olmasa, bu qələbəmizə əl uzatmasınlar. İnsanlar ruh yüksəkliyi və könül xoşluğu ilə qələbə paradına getsinlər. Heç olmasa, Qarabağın sevincini, təntənəsini yaşamağa insanlara imkan versinlər. Boş və cəfəng söhbətlərlə insanları qorxutmasınlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.