Qayınata SSRİ aviasiyasının rəhbəri, kürəkən xain: İş məxfiləşdirildi

4-12-2020, 19:38           
Qayınata SSRİ aviasiyasının rəhbəri, kürəkən xain: İş məxfiləşdirildi
Rusiyalı fizik, texnika elmləri namizədi Anatoli Qubanovun "Dövlətə xəyanət" cinayət işi üzrə bütün məlumatları "tam məxfi" şrifti altında məxfiləşdirilib.

Cebhe.info xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən TASS məlumat yayıb.

Məlumata görə, məhkəmə prosesinin sonuna qədər bu mövzuda istintaqa və təqsirləndirilən şəxsə heç bir şərh verilməyəcək.

Qeyd edək ki, Qubanov Rusiya aviasyasının görkəmli nümayəndəsi və SSRİ aviasiya sənayesinin rəhbəri Leonid Şkadovun kürəkənidir. O, həmçinin Moskva Fizika-Texnika İnstitutunda müəllimlik edirdi.

Xatırladaq ki, Qubanov aviasiya sənayesinin gizli hazırlıqlarını xaricə ötürməkdə təqsirləndirilib.

Qubanov Lefortovo məhkəməsinin sanksiyası ilə gələn ilin yanvarın 2-nə kimi həbs edilib.

İndi Qubanovu 20 illik cəza gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru