Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı

5-12-2020, 09:02           
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Pyer Ogüst Renuarın (1841-1919) "Kiçik rəssam" adlı rəsm əsəri "Christie's" hərracında 1,18 milyon dollara satıldı.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə hərrac saytının xəbərində deyilir.

Bildirilir ki, satış məbləği ilkin qoyulan qiymətdən təxminən iki dəfə çoxdur.

1907-ci ildə yazılan tablo Renuarın kiçik oğlu Klodun dəzgah qarşısında oturduğunu təfsir edir. Hərrac evinin mütəxəssislərinin qeyd etdiyi kimi, üçüncü oğlunun dünyaya gəlməsi, o dövrdə 60 yaşında olan və "obrazını kətan üzərində çəkmək üçün uzun saatlar sərf edən" sənətçi üçün sevindirici bir hadisə idi.

Pablo Pikassonun (1881-1973) 1964-cü il may ayında çəkilən "Siqaret çəkən kişi" adlı əsəri isə 1,014 milyon dollar məbləğinə təzə sahibinə keçib. Hərrac evinin mütəxəssislərinə bildirib ki, bu əsər çox zaman iş paltarında, siqaret çəkən və həmişə zolağlı jiletlərdə gənc və yaşlı kişilərin bir sıra eskizlərinə aiddir. "O dövrün rəsmləri ilə sübut olunduğu kimi, Pikasso eyni tipli geyinməyi çox sevirdi. Bu əsərdə Pikasso dənizlə əlaqəsini açıq şəkildə nümayiş etdirib", - mütəxəssislər əsəri təqdim edərək deyiblər.

"Christie's" hərracının mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə dekabrın 4-də auksionunda rəssam və heykəltəraşların 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərinə aid 10,1 milyon dollar məbləğində əsərləri satılıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.