3 şirkət peyvənddən 20 milyard dollar qazanacaq - Proqnoz

14-01-2021, 09:56           
3 şirkət peyvənddən 20 milyard dollar qazanacaq - Proqnoz
Bloomberg tərəfindən hazırlanan proqnozlara görə, analitiklər Pfizer Inc., Moderna Inc. ve AstraZeneca Plc şirkətlərinin 2021-ci ilin sonunda Covid-19 peyvəndlərindən cəmi 20 milyard dollar gəlir əldə edəcəyini gözləyir.

FED.az xəbər verir ki, Pfizer Inc., Moderna Inc. ve AstraZeneca Plc Kovid-19 epidemiyasına qarşı ən təsirli peyvəndləri inkişaf etdirən şirkətlərdir.

Pfizer-in 2021-ci ildə peyvənddən 10,2 milyard dollar gəlir götürəcəyi gözlənilir.

Analitiklər Moderna-nın peyvənddən əldə etdiyi gəlirin 2021-ci ildə 7,4 milyard dollara çatmasını, 2022-də isə 4,8 milyard dollara düşməsini gözləyir.

İngiltərənin AstraZeneca şirkətinin isə, 2021-ci ildə peyvənddən 2,15 milyard dollar gəlir əldə etməsi təxmin edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru