Koronavirus bilinən zamandan daha əvvəl yayılıb - SÜBUTLAR

14-01-2021, 20:59           
Koronavirus bilinən zamandan daha əvvəl yayılıb - SÜBUTLAR
Koronavirus Braziliyada 2019-cu ilin noyabrından başlayaraq yayılmış ola bilər.

KONKRET.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi apardığı araşdırma nəticəsində bu qənaətə gəlib.

Bildirilib ki, Braziliyanın Espirito Santo əyalətinin sakinlərindən 2019-cu ildə götürülən qan analizi nümunələrində COVID-19 xəstəliyinə xas olan IgG antitelləri aşkarlanıb.

Qan nümunələri Denqe qızdırmasına səbəb olan virus və Çikunqunya virusuna yoluxduğu şübhəsi daşıyan xəstələrə məxsus olub. Onların 7 min 370-dən 210-da IgG antitellərinə rast gəlinib.

Bu nümunələrdən 16-nın 26 fevral 2020-ci ildə Braziliyada rəsmi olaraq təsdiq edilən COVID-19 faktından daha əvvəl – 18 dekabr 2019-cu il tarixində götürüldüyü bildirilib. Halbuki həmin dövrdə Braziliyada koronavirus yayılmağa başlanmamışdı.

Nazirlik bir xəstədə COVID-19 infeksiyasından sonra IgG antitellərinin müəyyən edilə biləcək səviyyəyə çıxmasının 20 günə yaxın zaman tələb etdiyinə, bu səbəbdən yoluxmaların 2019-cu ilin noyabr ayından başladığına diqqət çəkib.

Qeyd edək ki, Braziliyanın Santa Katarina əyalətinin paytaxtı və ölkənin ikinci böyük şəhəri Florianopolisdə 2019-cu ildə toplanan kanalizasiya sularında koronavirusun izlərinə rast gəlinmişdi.

Xatırladaq ki, COVID-19 epidemiyasının Çində 2019-cu ilin dekabr ayının sonunda başlandığı elan edilmiş, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında pandemiya yayıldığını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru