Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü

17-01-2021, 09:59           
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus infeksiyası qurbanlarının sayının 2 milyon nəfəri ötdüyünü açıqlayıb. Bu barədə “Report” təşkilatın xüsusi saytına istinadən xəbər verir.

Statistikaya əsasən, hazırda dünyada koronavirusdan 2 001 773 ölüm qeydə alınıb.

Pandemiya ərzində COVID-19 92 506 811 insanda aşkarlanıb.

Dünyada 24 saat ərzində 688 mindən çox yoluxma qeydə alınıb. Bununla yanaşı, bir gün ərzində 14 mindən çox pasiyent koronavirusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.