Andiçmə günü Baydeni 25 min hərbçi qoruyacaq

17-01-2021, 10:09           
Andiçmə günü Baydeni 25 min hərbçi qoruyacaq
ABŞ Milli Qvardiyasının təqribən 9,5 min hərbçisi Vaşinqtona gətirilib.

Teref.az xəbər verir ki, bu barədə Milli Qvardiyanın saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilib ki, bu qədər hərbi qulluqçunun Vaşinqtonda cəmləşməsi yeni seçilmiş prezident Cozef Baydenin andiçmə günü – yanvarın 20-də paytaxtın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Yanvarın 20-dək, paytaxta təxminən 25 min şəxsi heyət gətiriləcək.

4 mindən çox hərbçi şəhərdəki mühüm dövlət binalarını və digər əsas infrastrukturu mühafizə edəcək.

Qeyd edək ki, artıq Kapitoliya binası mühasirəyə alınıb, bir neçə gündür ki, ictimaiyyətin əraziyə giriş-çıxışına icazə verilmir. APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru