Trumpa qarşı impiçmentin səbəbləri nədir? - EKSPERT RƏYİ

18-01-2021, 10:22           
Trumpa qarşı impiçmentin səbəbləri nədir? - EKSPERT RƏYİ
"ABŞ-da Donald Trampın ona qarşı aparılan siyasətə müqavimət göstərməsi artıq çox çətindir. Demək olar ki, bu imkansızdır. Konqresin nümayəndələr palatası tərəfindən impiçment qəbul edilib. Bununla da D.Tramp ABŞ tarixində 2 dəfə impiçmentə məruz qalmış prezident oldu".

Redaktor.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Turab Rzayev deyib. O bildirib ki, artıq D.Trampın hakimiyyəti sona çatır:

"Son hücumlardan sonra nümayəndələr və senortarlar D.Trampı müdafiə etməkdən əl çəkməyə məcbur edildi. Bu impiçmentin qəbul edilməsi anlaşılmazdır. Bir neçə gün sonra C.Bayden hakikmiyyətə gələcək və onsuz da D.Trump hakimiyyətdən gedəcək. Bu baxımdan impiçmentin qəbul edilməsi əsaslı deyil. Bəlkə də onlar D.Trumpın getməməsindən ehtiyat edirlər. Çünki orduda D.Trampın yüksək səviyyədə tərəfdarları var və eyni zamanda ABŞ-ın nüvə arsenalının açarlarının olduğu çanta məhz D.Trampdadır. Bu barədə məsələ qaldırısa da, mümkün olmamışdı. Bütün bu səbəblərə görə, yaxud sadəcə intiqam hisslərinə görə belə bir impiçment qəbul edilib.

Bundan əlavə Trumpın siyasəti əsasən iqtisadiyyata yönəlmişdi. O, bütün əlavə xərcləri ləğv edərək "Öncə Amerika" ("First America") sloqanı ilə əsas istiqamətin millətin maddi rifahının gücləndirilməsinə yönəltmişdi. ABŞ koronavirusa görə müəyyən büdrəmələr yaşasa da, iqtisadiyyat həddindən artıq çökmədi. O, yenə yeni iqtisadi paketlər qəbul etdi. Bütün bu işlərin müqabilində öz qalibiyyətini davam etdirməli idi, lakin ona bu şəraiti yaratmadılar. Bu baxımdan ABŞ-da olan qeyri-müəyyənlik və cəmiyyətin parçalanması davam edəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.