“Şirin peşmək planeti” alimləri heyrətə gətirdi

20-01-2021, 11:39           
“Şirin peşmək planeti” alimləri heyrətə gətirdi
Alimlər qəribə bir planetin varlığı ilə bağlı mübahisə edirlər. Belə ki, onu təşkil edən mümkün materiallar hər kəsi heyrətə gətirir və elm tərəfindən inkar olunur.

Qəribə dünya barədə məlumatlar “Astronomical Journal” tərəfindən nəşr olunub. Astronomlar sözügedən planetin pambıq və ya şirin peşmək kimi bir materialdan təşkil olunduğunu bildirirlər. Araşdırmada Almaniya, Yaponiya, Kanada və ABŞ alimləri iştirak ediblər.

Rəsmən “WASP-107 b” adlanan peşmək planet Qız bürcündə, Yerdən 212 işıq ili məsafədə yerləşir. O, 2017-ci ildə kəşf olunub.

Elə ilk günlərdən planetin sıxlığı astronomlarda ciddi maraq doğurub. Ölçüsünə görə Yupiterə yaxın olan planet, çəkisinə görə ondan 10 dəfə yüngüldür.

Üç il ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, planetin 85%-i müxtəlif qazlardan ibarətdir. Onun ortasında isə sərt nüvə yer alır.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.