Qardaşı vəzifədən azad edilən sabiq deputatdan açıqlama: - “Şər-böhtan...”

27-03-2021, 14:13           
Qardaşı vəzifədən azad edilən sabiq deputatdan açıqlama: - “Şər-böhtan...”
Qardaşı vəzifədən azad edilən sabiq deputat Sona Əliyeva yayılan xəbərlərə münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, S.Əliyeva bildirib ki, işdən də çıxdıb, media yenə haqqında şər böhtan yazmaqdan yorulmur.

Qeyd: Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Xatırladaq ki, 2018-ci ilin aprel ayında keçmiş deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva müraciətində bildirib ki, mərhum əri Sakit Əliyevdən qalan əmlakları qızı Sona deputatlığından istifadə edərək ələ keçirib. Bununla bağlı ailə üzvləri arasında məhkəmə çəkişmələri də olub.

Sona Əliyevanın atası Sakit Əliyev Şəmkirdə “Sərxan” otelinin, “Murovdağ” şadlıq sarayının və bir çox digər kommersiya daşınmaz əmlakın sahibi olub.

S.Əliyeva 2015-2020-ci illərdə 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru