Kosmonavtlar ən çox nədən ölür? - Alimlər araşdırdı

27-03-2021, 14:37           
Kosmonavtlar ən çox nədən ölür?
Rusiya alimləri kosmonavtların ən çox ürək-damar xəstəliklərindən öldüklərini müəyyən ediblər.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, araşdırma zamanı 118 sovet və rus kosmonavtının məlumatları təhlil edilib. Müşahidə müddətinin təxminən 60 il olduğu (1 yanvar 1960 - 31 dekabr 2018) qeyd edilib. Elm adamları müddətin sonuna qədər 37 nəfərin öldüyünü bildiriblər.

Məlum olub ki, onlardan 48,65%-i ürək-damar xəstəliklərindən, 27,03%-i təhlükəli yeni törəmələrdən dünyasını dəyişib. Xarici səbəblərlə əlaqələndirilən ölümlər 16,22% təşkil edib. Digər səbəblər 5,41% müşahidə edilib və bir ölüm hadisəsi bilinməyən səbəbdən qaynaqlanıb.

Kosmonavtlar arasında orta yaş həddi 64,4 il olub. Alimlər hesabatlarını 5-8 aprel tarixlərində Moskvada keçiriləcək "İnsan Kosmosda" adlı beynəlxalq simpoziumda təqdim edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru