Dünyada koronavirusa qarşı indiyədək istehsal olunmuş peyvənd dozalarının ümumi həcmi bir milyardı ötüb

16-04-2021, 09:10           
Dünyada koronavirusa qarşı indiyədək istehsal olunmuş peyvənd dozalarının ümumi həcmi bir milyardı ötüb
Dünyada koronavirusa qarşı indiyədək istehsal olunmuş peyvənd dozalarının ümumi həcmi bir milyardı ötüb. SİA xəbər verir ki, bu məlumatı "Airfinity" məlumatların təhlili şirkəti yayıb. Müxtəlif şirkətlərin məlumatlarının və elmi araşdırmaların təhlili üzrə ixtisaslaşan quruma görə, peyvənd istehsalatında bir milyardlıq həddə aprelin 12-də çatılıb, mayın sonuna kimi isə daha bir milyard peyvənd dozasının istehsalı başa çatmalıdır. Həmçinin qeyd edilib ki, Avropa İttifaqı ölkələrində 447 milyon əhalinin dörddəüç hissəsinin koronavirusa qarşı peyvəndlənməsi planı azı iki ay gecikəcək. Buna əsas səbəb "Johnson & Johnson" peyvəndinin Aİ bazarına çatdırılmasının gecikməsidir. Bununla da vaksinasiya kampaniyasında nəzərdə tutulan hədəf sentyabr ayının sonu əvəzinə, dekabr ayına qədər ləngiyə bilər. 2015-ci ildə təsis edilən "Airfinity" şirkətinin məqsədi məlumatların analizi sayəsində daha çox şəffaflığa nail olmaq, daha dəqiq proqnozlar vermək və bununla da elmi tədqiqat və inkişaf layihələrinin irəli aparılmasına nail olmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru