Peyvəndin üçüncü dozasına da ehtiyac var?

17-04-2021, 08:52           
Peyvəndin üçüncü dozasına da ehtiyac var?
ABŞ əczaçılıq şirkəti “Pfizer” koronavirus peyvəndinin üçüncü dozasına ehtiyac ola biləcəyini açıqlayıb.

CNBC xəbər verir ki, firmanın CEO-su Albert Bourla mümkün ssenariyə görə, 6-12 ay arasında üçüncü dozaya ehtiyac duyulacağını deyib.

Onun sözlərinə görə, yeni virus növlərinə rast gəlindiyi təqdirdə hər il insanların vaksinasiyasına ehtiyac ola bilər.

“Pfizer”in məlumatları 2000-dən çox vaksinasiya olunmuş insana əsaslanır, lakin qorunmanın 6 aydan sonra davam edib-etmədiyini müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac olduğu vurğulanır.

“Pfizer” və “BioNTech” fevral ayında virusun yeni variantlarına qarşı immunitet reaksiyasını daha yaxşı anlamaq üçün koronavirus peyvəndinin üçüncü dozasını test etdiklərini açıqlayıblar.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru