ABŞ Rusiya konflikti nə vaxta kimi davam edəcək? - Sabiq nazirdən cavab

17-04-2021, 12:06           
ABŞ Rusiya konflikti nə vaxta kimi davam edəcək? -
ABŞ-Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bildirib.

Maraqlıdır bəs, ABŞ və Rusiya arasında olan münaqişə dünya müharibəsinə çevrilə bilərmi?


Modern.az məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfqarovun münasibətini öyrənib.

T.Zülfüqarov münaqişənin dünya müharibəsinə çevrilməsi barədə heç bir qorxu olmadığını deyib:

“ABŞ və Rusiya arasında olan münaqişə barədə yeni bir şey demək çox çətindir. Mən düşünürəm ki, bu münaqişənin qısamüddətli yüksək səviyyəsi ola bilər. Daha sonra gərginlik səviyyəsi aşağı düşəcək. Amma dünya müharibəsinə çevrilmək qorxusu yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.