Ölümünə gözəllik və ya məşhurların estetik həvəsi: - Siyahıda kişilər də qadınlarla çiyin-çiyinədir

12-06-2021, 17:35           
Ölümünə gözəllik və ya məşhurların estetik həvəsi: -
Əvvəllər də, indi də plastik əməliyyatlar dəbdədir.

Bu əməliyyat insanı gözəlləşdirə, çirkinləşdirə, hətta ölümünə də səbəb ola bilər. Müasir dövrdə nəinki qadınlar, hətta kişilər də plastik əməliyyat üçün həkimə müraciət edirlər.

Plastik cərrahiyə əməliyyatlarına müraciət edən sadə vətəndaşlar daxil olmaqla, Azərbaycan şou-biznesinin plastik əməliyyat keçirən məşhur simaları da estetik əməliyyat keçirib.

Cebhe.info plastik əməliyyat etdirən, eyni zamanda bu əməliyyat nəticəsində dünyasını dəyişən məşhurlarla bağlı təqdimatı təqdim edir:

*Müğənni Nəzakət Məmmədova Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edərək, boynundakı qırışlardan azad olmaq istəyib. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub.

Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.

*İkinci belə faciənin qurbanı isə müğənni Reyhan Müslümova olub. O, artıq çəkidən azad olaraq, gözəlliyinə bir az da çox gözəllik qatmaq istəyir. Şəkər xəstəsi olduğundan, bir çox həkim bu əməliyyatı keçirməkdən imtina edib. Lakin 2002-ci ildə 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksəlir və o komaya düşür. Nəticədə həyatını itirib. Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır.

Plastik cərrahiyə əməliyyatı keçirən məşhurlar siyahısına Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşovanı, Məleykə Əsədova, plastik əməliyyatların inanılmaz dərəcədə dəyişdiyi Könül Kərimova, burun əməliyyatı etdirmiş Sevil, Sevinc bacılarını misal gətirmək olar.

Xalq artisti Brilliant Dadaşova plastik əməliyyat etdirmədiyini dəfələrlə desə də, bəzi mənbələr onun İstanbulda tez-tez plastik cərrahlara üz tutduğunu bildirir.

Müğənni yalnız dodağına təbii piy vurdurduğunu desə də, onun sinəsinin, belinin, üzünün, hətta ayaqlarını birdən-birə formasının dəyişməsi hamının marağına səbəb olub.

Xalq artisti Məleykə Əsədova da dəfələrlə plastik cərrahlara müraciət edib. Özü bunu gizlətsə də, uğurlu plastik əməliyyatı onun burnunda, dodağında və üz dərisində görmək olar.

Uğurlu əməliyyat ilə diqqət çəkən xanım müğənnilərdən biri də Xalq artisti Nazpəri Dostəliyevadır. İki dəfə burnunun görünüşünü dəyişən müğənninin daha sonra üzünü dartdırıb, dodağını silikon etdirdiyi deyilir.

Bədəninin müxtəlif yerlərində doqquz dəfə əməliyyat keçirən Rəqsanə İsmayılova bu addımı ilə Xalq artisti Aygün Kazımovaya rəqib olub. Qeyd edək ki, Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova dodaq və burun əməliyyatı etdirib.

Mərhum Xalq artisti Amalya Pənahovanın ömrünün sonuna yaxın etdiriyi plastik əməliyyat isə uğurlu alınmamışdı.

Şou-biznes də kişi müğənnilərimiz də estetik əməliyyatlardan yan keçməyib. Bunlardan biri də Nadir Qafarzadədir. Nadir Qafarzadənin burnuna və üzünə “toxunduğu” deyilir. Müğənni dodağına, alnına, botoks etdirib.

Xalq artisti Faiq Ağayev də hələ uzun illər bundan əvvəl burnunda əməliyyat etdirib. O, bundan başqa üzünə botoks üsulu ilə iynə vurdurub.

Bu siyahıya Nazənin, Xalq artisti Flora Kərimova və Roza Zərgərlini də əlavə etmək olar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.