Çinin lideri Si Cinpin ölkəyə ŞƏT sammitinə gələn 22 liderdən yalnız Tokayev üçün şəxsi qəbul nahar təşkil edib

Bu gün, 07:34           
Çinin lideri Si Cinpin ölkəyə ŞƏT sammitinə gələn 22 liderdən yalnız Tokayev üçün şəxsi qəbul nahar təşkil edib
Qazaxstan mediasının məlumatına görə, Çinin lideri Si Cinpin ölkəyə ŞƏT sammitinə gələn 22 liderdən yalnız Tokayev üçün şəxsi qəbul nahar təşkil edib (təbii, vacib, geosiyasi marağa görə).
Qazaxstan rəsmi məlumatında deyilir:
"Nahar iki saata yaxın davam etdi - protokoldan kənar inamlı və mehriban şəraitdə. Süfrə arxası "əziz dostum" sözləri neçə dəfələrlə eşidildi və hər jestində Qazaxıstana xüsusi diqqət var idi".
Rəsmi məlumatda daha sonra bunlar yer alır:
"Bu göstərir ki, Qazaxıstan-Çin münasibətlərinin hazırkı səviyyəsi diplomatik etiket hüdudlarını aşaraq yaxın qonşu və dost səviyyəsinə çatıb. Si Cinpin daha əlavə edib ki, iki dövlət dünya siyasətindəki dəyişikliklərdən əsla asılı deyillər"
Bax belə... Nəzərə alsaq ki, Qazaxstan Mərkəzi Asiyanın aparıcı respublikası hesab olunur, Çin də, demək ki, Rusiya təsir sferasını bu yandan sökür. Mərkəzi Asiya dövlətlərinin çətin! anda Türkiyə və Qərbə olduğu kimi, Çinə də arxalana bilmək sığortası üzrə. Əbədi heç nə yoxdur. Bir imperiyanın zamanı çatırsa, sökülüb bitməlidir.
Ilqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru