Evdə doğduğu körpəni unitaza atdı

Bu gün, 00:08           
Evdə doğduğu körpəni unitaza atdı
Rusiyanın paytaxtı Moskvada evdə doğuş edən qadın körpəni unitaza atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 30-da Tepliy Stan küçəsindəki mənzillərdən birində baş verib.

İstintaq məlumatına görə, şübhəli şəxs sağlam oğlan uşağı dünyaya gətirib, daha sonra onu unitaza atıb. Cinayəti sonadək həyata keçirməyə qadının birgə yaşadığı qız mane olub – o, təcili tibbi yardım çağırıb. Körpə dərhal şəhər xəstəxanasına çatdırılıb.

Məhərrəm və Siracın medalları ailələrinə təqdim edildi
Bu xiyarlar bankada partlaya bilər - Hansı meyvələri heç vaxt konservləşdirilməməlidir
Vanqadan avqust ayı üçün dəhşətli PROQNOZ: mahiyyəti nədir?
Hazırda şübhəli şəxs də tibbi müəssisəyə yerləşdirilib. Həkimlərin icazəsindən sonra istintaqçılar onun dindirilməsinə başlayacaqlar.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 106-cı maddəsi üzrə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları istintaq tədbirlərini davam etdirir, hadisənin digər təfərrüatları və şəraiti araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru