Şahzadə kralla görüşmək üçün tələblər irəli sürdü

Bu gün, 00:10           
Şahzadə kralla görüşmək üçün tələblər irəli sürdü
Şahzadə Harri atası Kral III Çarlzla görüşməyə və barışmağa hazırdır. Lakin belə bir görüş baş tutmazdan əvvəl Harri kral ailəsini təəccübləndirən bir sıra tələblərinin yerinə yetirilməsini istəyir.

Moderator.az xəbər verir ki, bu barədə "Radar Online" kral atası və oğlu arasındakı gərgin münasibətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şahzadə Harrinin Kral Çarlz qarşısında tələbləri üç əsas məsələni əhatə edir:

- Hərtərəfli təhlükəsizlik tədbirləri,

- Mətbuata ciddi nəzarət,

- Kral ailəsinin həyat yoldaşı Meqan Markla münasibəti.

Belə ki, şahzadə Harri həyat yoldaşı Meqan Markla "əlahəzrət" deyə müraciət edilməsini istəyir. Bu o deməkdir ki, ailə üzvləri ona rəsmi hörmətini əyilməklə göstərməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru