Ermənilər bu Azərbaycan şəhərinə terrorçu Montenin adını daşıyan bulaqdan su çəkdi... - FOTO

2-07-2021, 09:28           
Ermənilər bu Azərbaycan şəhərinə terrorçu Montenin adını daşıyan bulaqdan su çəkdi... - FOTO
"Avo" bulağını Azərbaycan Respublikasının hələ də separatçı-terrorçu erməni rejiminin nəzarətində qalan Xocavənd şəhərinin su təchizatı sistemi ilə birləşdirən xəttin tikintisi başa çatıb.

Moderator.az xəbər verir ki, bu barədə Xankəndindəki erməni nəşrlərinə separatçı kriminal xuntanın qanunsuz “ərazi idarəetmə və infrastruktur nazirliyi”ndən məlumat verilib.

“Artıq Martuni(Xocavənd-S.L.) şəhərinə verilən içməli suyun miqdarını artıracaq tikinti işləri başa çatıb.

Bütün işlər Erməni Apostol Kilsəsinin Alman Yeparxiyası tərəfindən maliyyələşdirilib " – separatçı rejim qurumunun məlumatında belə deyilir.

Xatırladaq ki, “Avo” - 1981-1983-cü illərdə Parisdə Türkiyə diplomatlarına terror hücumlarıyla yanaşı, 1990-1993-cü illərdə Qarabağda Azərbaycana qarşı əməliyyatlarda yüzlərlə Azərbaycan vətəndaşının qanının axıdılmasında və yaşayış məntəqələrimizin işğalında fəal iştirak etmiş erməni terrorçusu Monte Melkonyanın ləqəbidir...

Terrorçunun adını daşıyan bulaq Xocavənd rayonunun "Spitakşen" adlandırılmış Ağkənd kəndi yaxınlığında, Xankəndi-Xocavənd yolunun üzərindədir...














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.