BƏƏ-də yeni "qızıl vizalar" təqdim olunacaq

7-07-2025, 08:24           
BƏƏ-də yeni "qızıl vizalar" təqdim olunacaq
TON Foundation şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "qızıl viza" proqramını işə saldığını elan edib.

Demokrat.az xəbər verir ki, bu proqram vasitəsilə Toncoin kriptovalyutasına sahib olan şəxslər 10 illik "qızıl viza" əldə edə biləcəklər.

Viza almaq üçün müraciət edən şəxsin azı 100 min dollar məbləğində investisiya yatırması və 35 min dollar xidmət haqqı ödəməsi tələb olunur. Viza ailə üzvlərinə də şamil ediləcək.

Sənədlərin rəsmiləşdirilməsi təxminən yeddi həftə çəkəcək. TON bu proqramı BƏƏ-dəki ənənəvi "qızıl vizaya" alternativ kimi təqdim edir. Çünki klassik qızıl viza üçün ən azı 540 min dollar dəyərində daşınmaz əmlaka və ya biznesə sərmayə qoyulması tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru