Toyda vaksinasiyadan keçməyən şəxslər aşkarlanarsa, kimlər cərimələnəcək? - RƏSMİ

2-07-2021, 11:23           
Toyda vaksinasiyadan keçməyən şəxslər aşkarlanarsa, kimlər cərimələnəcək? - RƏSMİ
“Toy mərasimində vaksinasiya edilməyən şəxs aşkarlanarsa, toy sahibləri məsuliyyətə cəlb ediləcək”.

Oxu.Az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, vaksinasiyadan keçməyən iştirakçılar aşkarlanarsa, həm məclis sahibi, həm də şadlıq sarayının rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb ediləcək:

“Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər 200 manatdan 400 manata qədər, vəzifəli şəxslər 4 min manatdan 5 min manata, hüquqi şəxslərə isə 5 min manatdan 11 min manata qədər cərimə edilməsi nəzərdə tutulub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.