Seysmoloq: “Xəzər dənizində partlayışa səbəb vulkan püskürməsidir” - RƏSMİ AÇIQLAMA

5-07-2021, 09:37           
Seysmoloq: “Xəzər dənizində partlayışa səbəb vulkan püskürməsidir” - RƏSMİ AÇIQLAMA
“Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir”.
Bu sözləri virtualaz.org-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, partlayışla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə müşahidə aparılır: “Burada partlayışın müddəti və yalnız alovla çıxması palçıq vulkanının püskürməsinə işarə edir. Çünki nə Xəzərdəki platformalarda, nə dənizdəki quyularda, eləcə də Xəzərdəki gəmilərdə hər hansı bir qəza qeydə alınmayıb. Xəzərdə çoxlu sayda palçıq vulkanları var. Onlardan birinin püskürməsi səbəbindən partlayış olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru