Çimərlikdə suya belə girmək lazımdır

13-07-2021, 08:00           
Çimərlikdə suya belə girmək lazımdır
Yayda əksər insanlar dincəlmək üçün çimərliklər seçirlər. Dəniz havası, suyu insana həm böyük zövq verir, həm də sağlamlığını bərpa etməyə yardım edir.

Lakin burada bir qaydaya əməl etmək çox vacibdir. Adətən günəşin altında yaxşıca "qızandan" sonra insanlar sərinlənmək üçün suya atılır. Bu isə çox böyük səhvdir.

Bizim.Media bildirir ki, havanın və suyun hərarəti arasında xeyli fərq olur.

Nəticədə insanda damarların kəskin spazmı (sıxılması) baş verə bilər ki, bu da ürək tutması və hətta infarkt, insult, ürəyin ani dayanmasına səbəb ola bilər. Bu xüsusilə ürək xəstəlikləri, hipertoniya xəstəliyi olan insanlar üçün təhlükəlidir.

Suya yavaş-yavaş girmək lazımdır ki, bədən hərarət fərqinə adaptasiya olunsun (öyrəşsin).

Sağlamolun












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru