Azərbaycanda vaksinin üçüncü dozasının vurulması məsələsi ilə bağlı AÇIQLAMA

14-07-2021, 10:41           
Azərbaycanda vaksinin üçüncü dozasının vurulması məsələsi ilə bağlı AÇIQLAMA
“İkinci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin üçüncü dozasını vurdura bilər”.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabında bildirilib.

Bildirilib ki, “Peyvənd sertifikatı”nda son qəbul edilmiş iki doza haqqında məlumat əks olunacaq:

“İkinci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz iki dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər”.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.