Koronavirusun “Hepatit C” xəstələrinə təsiri öyrənilib

15-07-2021, 08:28           
Koronavirusun “Hepatit C” xəstələrinə təsiri öyrənilib
“Hepatit C” xəstələri koronavirusa yoluxduqları halda bu diaqnozu olan insanlarda xəstəliyini gedişatı pisləşmir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş müstəqil mütəxəssisi, Tibb Fakültəsi Yoluxucu Xəstəliklər kafedrasının professoru Vladimir Çulanov bəyan edib.

“Virusların bir-birlərinə qarşılıqlı təsiri müəyyən edilməyib. Bu virusların fərqli mövcudiyyət arealı var və öz aralarında rəqabət etmirlər. Koronavirus “Hepatit C”nin gedişatını pisləşdirmir”, - deyə alim vurğulayıb.

Bununla belə, Çulanovun fikrincə, koronavirus pandemiyası bəzi “Hepatit C” xəstələrinin vaxtında müalicə ala bilməməsinə gətirib çıxardı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru