“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb - ARAŞDIRMA

18-07-2021, 00:14           
“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb - ARAŞDIRMA
Əgər qapalı şəraitdə, məsələn, evdə kabelsiz internet xidmətindən - "Wi-Fi"-dan istifadə edirsinizsə və müəyyən maneələr internetdən keyfiyyətlə istifadə etməyinizə imkan vermirsə, bunun ən az 6 səbəbi var. Ekspertlərin hesablamalarına görə, "Wi-Fi" şəbəkəsində internetin sürətinin ortalama olaraq 30 faizi itkiyə gedir.

İndi bu itkiyə səbəb olan 6 amili birlikdə nəzərdən keçirək:

1) Qonşularınızın istifadə etdiyi "Wi-Fi" şəbəkələri sizin şəbəkənizə mane ola bilər. Bunun səbəbi ondan ibarətdir ki, bu gün istifadə olunan "Wi-Fi"-ların əksəriyyəti 2,4 GHz kanalında çalışır. Bu kanal üç zolaqdan ibarətdir və zolaqların bir-birinə mane olması mümkündür. Mütəxəssislər daha geniş zolaqlı kanallardan istifadə etməyi məsləhət görürlər.

2) Evinizdəki elektron məişət əşyaları da "Wi-Fi"-a mane ola bilir. Məsələn, mikrodalğalı sobaların və ya kabelsiz telefonların bir çoxu da 2,4 GHz kanalında çalışır ki, bu da yeri gələndə "Wi-Fi"-a əngəl törədə bilir.

3) "Wi-Fi"-a mane ola bilən üçüncü amil blutus (bluetooth) cihazları ilə bağlıdır. Xüsusilə də köhnə blutus cihazlarının çalışdığı sistem "Wi-Fi"-ya mane olur.

4) İnsan bədəninin 45-75 faizi mayedən ibarət olduğu üçün bu amil də "Wi-Fi"-ın maneəsiz çalışmasına əngəl törədə bilir. Çünki su və nəmişlik "Wi-Fi" şəbəkəsinə təsir edir.

5) Rotorların (şəbəkələrarası əlaqəni təmin edən cihaz) təhlükəsizlik səviyyəsi. Keyfiyyətsiz rotorlar şəbəkələrarası əlaqəni yüksək səviyyədə təmin etməyə bilər.

6) "Wi-Fi" xidməti göstərən şirkətlərin müasir xidmət göstərməsi də önəmlidir. Qarşıya çıxa biləcək hər hansı problemi əvvəlcədən önləmək bir çox hallarda mümkün olur.(Milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru