Meymun virusu Azərbaycana da gələ bilər? - “Canlı varlıqlardan bioloji silah kimi istifadə edilir”

19-07-2021, 20:59           
Meymun virusu Azərbaycana da gələ bilər? -
Çində ilk dəfə meymun virusu B adlandırılan virusdan insan ölümü qeydə alınıb. Pekindən olan veterinarda ilk əlamətlər ölü meymunu yardıqdan bir ay sonra özünü göstərib. Veterinar ürəkbulanması və qusmadan şikayətlənib. 53 yaşlı veterinar 27 mayda ölüb, ancaq bu barədə informasiya yayılmayıb. Əvvəl Çində meymun virusundan ölüm qeydə alınmayıb. Bu hadisə ölkədə ilk olub.

Virus ik dəfə 1932-ci ildə ortaya çıxıb. O, birbaşa təmas və ya orqanizmdən axıntı vasitəsilə yoluxur. Ölüm riski 70 faizdən artıqdır.

Maraqlıdır ki, bu virus Azərbaycana da gələ bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, istənilən xəstəliyi bütün ölkələrə yaymaq mümkündür:

"Dünyada insanları xəstələndirmək üçün hansı üsullardan istifadə etməyiblər ki? Tank, təyyarələr, atom silahları, dərman maddələri, narkotik vasitələr, keyfiyyətsiz qidalar... İndi geniş sürətdə canlı varlıqlardan istifadə edirlər. Canlı varlıqlardan bioloji silah kimi istifadə edilməsi Sovet dövründə də var idi. Sadəcə olaraq, dünyanı idarə edənlər ekologiyanı o qədər dəyişdirirlər ki, bəzən onlar gözləmədən də bu çirkli mühitdə istənilən canlı yarana bilir. Bu xəstəliklər də ya birbaşa, ya dolayı yolla dünyanın çirklənməsindən yaranır. İstənilən xəstəliyin istənilən ölkədə yayılma ehtimalı həmişə var. Sadəcə, bir klassik düstur var:

Kim hansı ölkədə yaşayırsa, o ölkənin təbiətinə uyğun yaşamağı bacarmalıdır. Hökumətin də borcu budur ki, yerli məhsulların istehsalı üçün şərait yaratsın. Eyni zamanda, virus patologiyaları öyrətdi ki, təmizlik məsələlərinə xüsusi önəm verilməlidir. Çox təəssüf ki, Azərbaycanın özündə nə qədər siqaret çəkən var. Bu, adi bir misaldır. O siqaretlər nələrdən hazırlanır... O siqaretlərlə istənilən xəstəliyi də göndərə bilirlər. Kortəbii yayılma ehtimalı həmişə zəif olur, amma məqsədyönlü yayılma ehtimalı yüksəkdir və istənilən ölkəyə bütün xəstəlikləri çatdırmağın yolları çoxdur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.