Ermənilər Vanyanı necə öldürdü? – Aleksey Romanovdan AÇIQLAMA - VİDEO

19-10-2021, 21:02           
Ermənilər Vanyanı necə öldürdü? – Aleksey Romanovdan AÇIQLAMA - VİDEO
Erməni hüquq müdafiəçisi Georgi Vanyanın ölümündən danışan rusiyalı jurnalist, bloger Aleksey Romanov onunla söhbətindən və müsahibədən də danışıb.

“3 metrin 3 metrə birotaqlı balaca evdə yaşayırdı. Tualeti də, iş masası, yemək masası, üzqırxan alətlərinin hamısı eyni stolda idi” sözləri ilə Romanov onun erməni xalqının laqeydliyi nəticəsində öldüyü qənaətindədir.

Canlı yayımda bunları deyən Aleksey Romanov 2020-ci il noyabr ayında Vanyanın Paşinyana yolladığı və Azərbaycanla sülh tələbi əks olunan məktubundan, ondan sonra hüquq müdafiəçisinin başına gətirilənlərdən də bəhs edib.

Rusiyalı blogerin sözlərinə görə, məktubdan sonra erməni “KQB”si tez-tez onun yanına gəlir və sıxma-boğma tətbiq edirdilər:

“Onun ölümü barədə eşidəndə tez sosial şəbəkə hesabına girdim. Gördüm ki, 38 başsağlığı olan paylaşım var. Rəhmət oxuyanlar arasında azərbaycanlılar, gürcülər, ukraynalılar, ruslar da var idi. Həmin 38 paylaşımdan cəmi biri erməni soyadı ilə idi. Bu laqeydlikdən daha da təsirləndim. Onlar necə böyük bir şəxsiyyəti itirdiklərini bilmirlər”.

Romanov Vanyanın Azərbaycan tərəfindən maliyyələşməsi məsələsinə də aydınlıq gətirİB. O, bildirib ki, əgər Bakı ona yardım etsəydi, Vanyan dilənçi halında yaşamazdı.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.