BU NƏDİ BELƏ: 3-cü sinif dərsliyində ƏCAİB MÖVZULAR... - intihar, başqasının arvadına göz dikmək...

8-12-2021, 18:08           
BU NƏDİ BELƏ: 3-cü sinif dərsliyində ƏCAİB MÖVZULAR... -
Redaksiyamıza 3-cü sinif şagirdinin valideyni tərəfindən şikayət daxil olub.

Sonxeber.az xəbər verir ki, valideyn uşaqlara tədris olunan dərsliklərdən narazıdır.

Belə ki, 3-cü sinif şagirdinə tapşırılan "Sinifdən xaric oxu" dərsliyindəki rəvayətlərdə o yaş qrupuna aid olmayan mövzular qeydə alınıb. Mətndə "intihar", "qadın hiyləgərliyi", "başqasının arvadına göz dikmək" və s. kimi düzgün olmayan mövzulara toxunulub.

Bəllidir ki, bu, azyaşlıların psixologiyasına mənfi təsir göstərir.

Valideyn bildirir ki, müəlliməsinə etiraz etdikdə o, təəssüfləndiyini və rəvayəti oxumadığını söyləyib:

"Müəlliməsi onun təqsirinin olmadığını, Təhsil Nazirliyinin bunu proqrama saldığını qeyd etdi. Uşaqlara aid olmayan mövzulardan ibarət hekayələr, rəvayətlər nə üçün onlara verilir? Sonra deyirik ki, uşaqlar niyə pis-pis danışır? Təhsil belə olduqdan sonra onlar nə öyrənəcəklər?"

Qeyd edək ki, bu kimi şikayətlər dəfələrlə edilsə də, Təhsil Nazirliyi tərəfindən heç bir tədbir görülməyib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru