Rusiyanın ən varlı qadınının sərvəti fantastik həddə artıb

10-12-2021, 09:23           
Rusiyanın ən varlı qadınının sərvəti fantastik həddə artıb
Rusiyanın “Wildberries” beynəlxalq internet mağazasının təsisçisi Tatyana Bakalçuk sərvət artımı faizinə görə bütün dünya milyarderləri arasında lider olub.

ABŞ-ın məşhur “Forbes” nəşrinin məlumatına görə, sahibkar sərvətini il ərzində 1 000 faizdən çox artırmağa müvəffəq olub.

Mənbə yazır ki, T. Bakalçuk 13 milyard dollar sərvətlə dünyanın ən varlı adamları siyahısında 165-ci yerdədir.

Bir il əvvəl onun sərvəti bir milyard dollar qiymətləndirilirdi.

Tatyana Bakalçuk rusiyalı iş adamlarının reytinqində 13-cü, ən varlı qadınları siyahısında isə birinci sıradadır.

Sərvətini kəskin artıran digər rusiyalı isə “Telegram”ın rəhbəri Pavel Durov olub.

37 yaşlı sahibkar 17,2 milyard dollar sərvətlə “Forbes”in reytinqində 113-cü yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru